RU
Ərdoğana sui-qəsd əmrini o verdi
16:16
420

Ərdoğana sui-qəsd əmrini o verdi

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi davam edir.

7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muğla şəhərində keçirilən məhkəmə prosesində Mərmərisdə Ərdoğanın qaldığı otelə basqında sui-qəsd bölüyünü idarə edən general Gökhan Şahin Sönmezateş hakimin suallarını cavablandırıb.

General prezidentə sui-qəsd əmrini qiyamçı generallardan olan Semih Terzidən aldığını bildirib.

Qeyd edək ki, Semih Terzi həmin gecə öldürülüb.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ