RU
Ərdoğandan dünyaya müjdəni verdi: Türkiyə bəşəriyyətin xilaskarı olacaq
13:10
270

Ərdoğandan dünyaya müjdəni verdi: Türkiyə bəşəriyyətin xilaskarı olacaq

"Ötən iki il bəşəriyyət üçün ağrılı sınaq dövrü olub".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış zamanı belə deyib.

Dövlət başçısı koronavirusa qarşı mübarizədən insanlığın üzüqara çıxdığını, peyvəndlərin ədalətli şəkildə bölüşdürülmədiyini bəyan edib.

Onun sözlərinə görə, vaksin milliyyətçiliyi heç kimə fayda verməyəcək. Məhz bu səbəbdən bir çox ölkələrdən fərqli olaraq, Türkiyə yerli COVID peyvəndi "Turkovac”ı bütün bəşəriyyətin istifadəsinə verəcək.

Ərdoğan həmçinin qlobal iqlim dəyişikliklərindən də bəhs edib. O bu dəyişikliklərə səbəb olan ölkələrin fəlakətli prosesləri önləmək üçün daha çox səy göstərməli olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ