7News.az xəbər verir ki, Ərdoğan "Twitter” hesabında yazıb: "Rəbbimizdən "Rəqaib gecəsi”nin və mübarək üç ayların bütün insanlığa sülh və əmin-amanlıq gətirməsini diləyirik”.
Ərdoğan eyni sözləri türk, Azərbaycan, ərəb, fars, kürd, zaza, urdu və ingilis dilində paylaşıb.
Qeyd edək ki, rəqaib ərəb dilində nəyisə istəmək, arzulamaq və onu əldə etmək üçün mübarizə aparmaq deməkdir. Rəcəb ayının ilk cümə gecəsinə "Rəqaib gecəsi”deyilir. Bu il "Rəqaib gecəsi” martın 30-dan 31-nə keçən gecəyə düşür. İslam dininə görə, bu gecədə edilən dua qəbul olunur.//publika
7News.az








