Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
7News.Az "Sabah” nəşrinə istinadən xəbər verir ki, görüş zamanı liderlər regional və beynəlxalq problemləri, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdən sonra Ərdoğan Ruhaniyə qızılgül ağacından rəhil və "Qurani-Kərim” hədiyyə edib.

7News.Az








