RU
Ərdoğanın sözçüsü və Baydenin müşaviri Qarabağdakı vəziyyəti müzakirə etdi
21:30
542

Ərdoğanın sözçüsü və Baydenin müşaviri Qarabağdakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Qalınla  ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasındakı əlaqələr, Qarabağdakı vəziyyət, həmçinin Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr və Əfqanıstan müzakirə edilib. Müzakirə zamanı həmçinin COVID-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizədən də söhbət açılıb.

Söhbət əsnasında iki ölkə arasında gələcək dövr üçün güclü, uzunmüddətli və konstruktiv əlaqələr modelini inkişaf etdirmək istəyi ifadə edilib.

Tərəflər eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artırılmasının zəruriliyini qeyd ediblər. İki ölkə arasında 100 milyard dollarlıq hədəf ticarət həcminə çatmaq üçün lazım olan mexanizmlərin işə salınmasının vacibliyini vurğulanıb. Həmsöhbətlər həmçinin NATO-nun, regional və qlobal sülhün, eləcə də sabitliyin gücləndirilməsi istiqamətində ciddi addımlar atmağın zəruriliyi barədə razılığa gəliblər./olke

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ