Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın toy dəvətnaməsi internet üzərindən satışa çıxarılıb.
7News.az xəbər verir ki, 4 avqust 1978-ci ilə aid olan dəvətnamə sadə dizaynı ilə diqqət çəkir. Virtual satış məkanında dəvətnamənin qiyməti 60 min türk lirəsi kimi göstərilir.
Dəvətnamədə qonaqlar üçün "Tayyib və Əminənin toy mərasiminə qatılmanızla şərəf vermənizi arzu edirik” yazılıb.
"Sözçü” qəzetinin yazdığına əsasən, dəvət edənlər kimi isə prezidentin atası Əhməd Ərdoğan və xanımın atası Camal Gülbaran göstərilib.//moderator
7News.az









