BƏƏ Ukraynadan gətirilən kənd təsərrüfatı məhsullarına qadağa qoyub
Birləşmiş Ərəb Əmirliyinin( BƏƏ) Ətraf mühit və Su Nazirliyi aprel ayının sonunda ölkəyə Ukraynadan kənd təsərrüfatı məhsullarının gətirilməsinə qadağa qoyub.
Nazirlik bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
Bu barədə 7news.Az Ukrayna mətbuatına istinadən məlumat verir.
"2016-cı ilin aprelində BƏƏ heç bir açıqlama vermədən ölkəyə Ukraynadan hər hansı məhsulun (islam qaydalarına əsasən halallıq sertifikatı tələb olunan və olunmayan) gətirilməsini qadağan edib.
Ukrayna tərəfi məsələyə aydınlıq gətirilməsi xahişi ilə BƏƏ-yə müraciət etsə də, hələlik nazirlik müraciətə cavab verməyib.
7news.Az








