RU
Ərəb kralı
23:50
497

Ərəb kralı "Mardan Palace"da 18 milyon dollar xərcləyəcək

Antalyada keçiriləcək G-20 liderlər zirvəsi üçün Türkiyəyə gələcək olan Səudiyyə Ərəbistanı Kralı Salman Bin Əbdüləziz azərbaycanlı iş adamı Telmana İsmayılova məxsus "Mardan Palace"da qalmağı planlaşdırır.

Kral bunun üçün 18 milyon dollar ödəyəcək.

Nəticədə 18 gün otel bağladılacaq və heç bir müştəri qəbul etməyəcək. Kral min nəfərlik heyəti ilə burada qalacaq. Salman Bin Əbdüləziz zirvədən bir neçə gün əvvəl otelə gələcək.

Kralın işçiləri ondan bir neçə gün əvvəl Antalyaya gələcək və təhlükəsizlik işçiləri oteldə müəyyən yoxlamalar aparacaq. Aşpaz və krala xidmət edən işçilərə dərslər keçiləcək.

Qeyd edək ki, Telman İsmayılova məxsus olan otel bir neçə gün əvvəl "Halk bank"a satılıb./axsam.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ