Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə əldə edilən mühüm razılaşmalardan sonra bəzi ərəb ölkələrindən diqqətçəkən addımlar atılır.
7NEWS.Az "haber7”yə istinadən xəbər verir ki, artıq Birləşmiş Ərəb Əmirliyinin ardınca daha bir ərəb ölkəsi olan Bəhreyn də Türkiyə ilə əlaqələrinin normallaşmasını istəyir.
"Wall Street Journal”ın Yaxın Şərqdəki proseslərin inkişaflarına, bölgədə dəyişən geosiyasi tarazlıqlara, eyni zamanda ABŞ-ın bölgədən çəkiləcəyi təqdirdə yaranacaq vəziyyətə diqqət çəkən "İran qorxusu ilə ABŞ-ın azalan rolu Yaxın Şərqdəki rəqiblərini bir yerdə olmağa sövq edir” başlıqlı təhlildə son hadisələr və səfərlər araşdırılıb.
Qəzetə danışan mənbələr geosiyasi tarazlıqların dəyişməsi şəraitində Qətərin Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında görüş üçün vasitəçilik etdiyini bildirib.
Qeyd edilib ki, Qətər səlahiyyətlilərinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və prezident Tayyib Ərdoğanla ötən həftə Dohada görüşmək cəhdləri uyğun vaxt və məkanın olmaması səbəbindən nəticəsə verməyib.
7NEWS.Az








