Britaniya Kraliçası II Yelizavetanın sosial şəbəkələrdə yayılan videosu izləmə rekordu qırıb.
Həmin kadrlarda onun əri üçün göz yaşı axıtdığı əks olunub.
Britaniya kral ailəsinin üzvü, şahzadə Endrü Kraliçanın vəziyyətindən danışıb. Onun sözlərini "Sky News" dərc edib.
Şahzadə Endrü atası şahzadə Filipin ölümündən sonra bütün ailənin matəm içində olduğunu bildirib:
"Anamı çox dəstəkləyirəm, ona ürəyim yanır. Düşünürəm ki, hazırda o, hər kəsdən çox təsirlənib. Atamın ölümünü anam həyatında qalan nəhəng boşluq kimi təsvir edib".
Xatırladaq ki, şahzadə Filip aprelin 9-da, 99 yaşında vəfat edib. İki ay sonra onun 100 yaşı olacaqdı.








