RU
Əri ölən qadını zorla qaynı ilə evləndirmək istədilər, bu sözləri hər kəsi göz yaşına boğdu - VİDEO
13:20
1018

Əri ölən qadını zorla qaynı ilə evləndirmək istədilər, bu sözləri hər kəsi göz yaşına boğdu - VİDEO

Canlı yayıma maska ilə qatılan qadının söylədikləri hər kəsi göz yaşına boğub. 

 Vandakı zəlzələdə həyat yoldaşını itirən qadın qaynı ilə zorla evləndirmək istənildiyini bildirib. 

O vurğulayıb ki, bu təklifi rədd edərək evdən qaçıb: "4 il sonra başqası ilə tanış olub ailə qurdum. Bundan sonra həyatım məhv oldu. Uşağım olmurdu. İlk dəfə süni mayalanma yolu ilə uşaq sahibi olmaq istədim. Amma bu da alınmadı. Əməliyyat olundum. Əməliyyat zamanı həkimlər uşaqlıq yolumun zədələndiyini söylədilər. O zaman heç vaxt uşağımın olmayacağını anladım. Amma bunu həyat yoldaşıma və ailəsinə söyləmədim. 5-6 ildir evliyəm. Uşağım olmadığına görə ərimin ailəsi mənimlə pis rəftar edirdilər. Hər dəfə mənə dul deyə müraciət edirdilər. Həkimlər mənə "Ailəndə vərəm xəstəliyindən əziyyət çəkən varmı?" sualını verdi. Mən uşaq vaxtı vərəm xəstəliyi keçirmişəm. Ona görə uşağım olmurmuş. Həkimlər uşaq sahibi olmağım üçün çoxlu pul istəyir. Ərim mənə "Sən gözümə qar ilan kimi görünürsən" deyirdi. Bir müddət sonra onun cibindən cadu tapdım. Sən demə bizi ayırmaq üçün cadu ediblər”. 

Daha sonra 31 yaşlı qadın "Ərimi zəlzələdə itirdikdən sonra bird aha evlənmərəm deyirdim. Ancaq bu insan qarşıma çıxdı. Mən onsuz yaşaya bilmərəm” deyərək ağlayıb. /big

Əri ölən qadını zorla qaynı ilə evləndirmək istədilər, bu sözləri hər kəsi göz yaşına boğdu - VİDEO
Əri ölən qadını zorla qaynı ilə evləndirmək istədilər, bu sözləri hər kəsi göz yaşına boğdu - VİDEO


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ