RU
Erməni deputat vəzifəyə gəldikdən 1 həftə sonra istefa verdi
20:00
354

Erməni deputat vəzifəyə gəldikdən 1 həftə sonra istefa verdi

Ermənistan Milli Məclisinin deputatı, hakim "Mənim addımım” fraksiyasının üzvü Lusine Yeqanyan istefa ərizəsi yazıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat xidməti məlumat verib.

 

Bildirilir ki, qanunverici orqanın veb saytında deputat haqqında doğum tarixi və fraksiya üzvlüyü tarixi istisna olmaqla heç bir məlumat yoxdur. Sayt rəhbərləri onun şəklini yerləşdirməyə belə vaxt tapmayıblar. Belə ki, deputat cəmi 1 həftə vəzifədə qalıb. 

"Milli Məclisin iş qaydaları” qanununa görə, bir deputat ərizə verdikdən bir həftə sonra yazılı bir bəyanatla geri götürərsə, parlament sədri müvafiq açıqlama verəcək. Müraciət geri götürülməsə, deputat səlahiyyətlərinin ləğvi barədə protokol tərtib edilir.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ