Kiyevdə erməni diplomat beynəlxalq tədbiri yarımçıq tərk etməyə məcbur olub.
Azərbaycanın Ukraynadakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Kiyevdə keçirilən "Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın növbəti təxribatının qarşısı alınıb.
BMT Uşaq Fondunun, "Uşaqları xilas edin” təşkilatının Ukrayna nümayəndəliklərinin və BMT İnkişaf Proqramının dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və səfirliyin əməkdaşı Samir Allahverdiyev də iştirak ediblər.
7NEWS.Az








