RU
Erməni girovluğunda saxlanılan Elnurdan MƏKTUB:
15:09
1020

Erməni girovluğunda saxlanılan Elnurdan MƏKTUB: "Yalnız bir söz..."

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib.

7News.az xəbər verir ki, bu barədə azvision-a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.

"Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır".

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.//big

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ