RU
Erməni polislər Qarabağda xidmət etmək istəmir
15:35
418

Erməni polislər Qarabağda xidmət etmək istəmir

Ermənistan daxili qoşunlarında narazılıq hökm sürür. 

7News.Az Yerevanın "Qraparak” nəşrinə istinadla xəbər verir ki, köhnə Ermənistanda yüngül şərtlər altında işləyən polislər yeni şərtlərə - sərhəddə xidmət etməyə uyğunlaşa bilmirlər. 

Bu ilin avqustundan baş nazir Nikol Paşinyanın qərarı ilə daxili qoşunların polis bölmələri 15 günlük işğal edilmiş Qarabağda xidmət etməlidirlər. Qəzet bildirib ki, onları Azərbaycan-Ermənistan sərhədinin ən təhlükəli yerlərinə göndərirlər. 

"Bizdə olan məlumata görə, onlarla polis müqaviləni pozaraq, sistemdən uzaqlaşıblar. Onlar bu xidmətə görə veriləcək 32 min dram maaşdan da imtina edirlər”, - qəzet yazıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ