RU
Erməni prodüser məhkəmə zalında öldü - Video
21:10
291

Erməni prodüser məhkəmə zalında öldü - Video

Erməni prodüser Armen Qriqoryan İrəvanda keçirilən məhkəmə prosesi zamanı dünyasını dəyişib.

7News.Az "NEWS.am”a istinadən xəbər verir ki, proses zamanı A.Qriqoryanın halı pisləşib və o, stuldan yıxılıb. Bunun ardınca onun dünyasını dəyişdiyi məlum olub. 

Qriqoryanın nəşinin hələ məhkəmə zalında olduğu bildirilir. İlkin məlumata görə, Qriqoryan ürəktutmadan dünyasını dəyişib. 

Qeyd edək ki, Armen Qriqoryan cari ilin mayın 17-sindən saxlanılıb. O, ölkə vətəndaşlarının milli ləyaqətini alçaltmaqda ittiham olunurdu.

 


 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ