RU
Erməni rəsmisindən etiraf
15:30
1425

Erməni rəsmisindən etiraf

Rusiya Ermənistana yenə silahla təchiz edir.

7News.az bildirir ki, işğalçı dövlətin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, kredit razılaşması əsasında Ermənistana silah satışı prosesinə artıq başlanılıb. Lakin Ovannisyan 200 milyon dollar dəyərində olan müqaviləyə görə hansı silahların alındığını açıqlamayıb. O, dövlət təhlükəsizliyi maraqlarını bəhanə edərək, təchizatın nə vaxt başa çatacağını da açıqlamayıb.

Nazirlik nümayəndəsi əlavə edib ki, Ermənistanın silah arsenalının yeni sursatla təchiz olunması proqramı yalnız Rusiyanın ayırdığı kreditlə həyata keçirilmir. Guya ermənilər kredit olmadan da böyük həcmdə silah alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ