Erməni müğənnilər "Super Sako" və Tatul "Na Na Na" adlı mahnısını "erməni mahnısı" kimi təqdim edirlər.
Lakin bu, həmişəki kimi, sırf erməni xislətinə dəlalət edən həyaszılıq və oğurluqdur.
7News.az bildirir ki, ermənilərin ifası əslində türk müğənni Doğuşun 2011-ci ildə ifa etdiyi "İçime atıyorum aşk" mahnısıdır. Mahnının sözləri və musiqisi Doğuşa aiddir.
Fəqət, Doğuşun ifasında mahnı populyar olmayıb.
"İçime atıyorum aşk"ı populyar edən azərbaycanlı müğənni Nuri Sərinləndiricinin rusiyalı Yevgeniya Şirokixlə duet ifası olmuşdu.
7News.az





