Ermənilər Füzuli şəhər məzarlığında qəbir daşlarının əksəriyyəti söküblər.
7News.Az APA-ya istinadən bildirir ki, onlar bahalı qəbir daşlarının hamısını söküb aparıb, yalnız ucuz baş daşları olan məzarlara toxunmayıblar.
O cümlədən məzarların ətrafındakı dəmir hasarlar da sökülərək aparılıb.
Qeyd edək ki, bu gün bir qrup jurnalist işğaldan azad edilmiş Füzuli rayonunda olub.



7News.Az








