RU
Ermənilər Lapşinə görə etiraz edirlər – FOTO
20:42
301

Ermənilər Lapşinə görə etiraz edirlər – FOTO

Belarusun Ermənistandakı səfirliyinin binası qarşısında bir sıra deputatların təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları hökumətdən Ermənistanın Belarusdakı səfirinin geri çağırılmasını və bu ölkə ilə diplomatik əlaqələrin dondurulmasını tələb ediblər.

Deputat Edmon Marukyan bildirib ki, Belarusun Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı qərarı dostluğa ziddir və son 25 ilin ən təhlükəli presedentidir. /apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ