RU
Ermənilər Qarabağda müharibə üçün HAZIRLIĞA BAŞLADI: yeni səngərlər qazılır və... - FOTOFAKT
10:57
1584

Ermənilər Qarabağda müharibə üçün HAZIRLIĞA BAŞLADI: yeni səngərlər qazılır və... - FOTOFAKT

Ermənistan Dağlıq Qarabağda yeni müharibəyə hazırlaşır.

Erməni hərbi birləşmələri cəbhədə yeni istehkamlar tikirlər.

Məlumata görə, Ağdam, Füzuli və Tərtər istiqamətində yeni səngərlər qazılır.

Erməni ekspertlər bunun yeni müharibəyə hazırlıq olduğunu vurğulayıblar. Xüsusilə İrəvan Dağlıq Qarabağ danışıqlarında yaranmış pauzanın cəbhədə yeni toqquşmlara gətirib çıxaracağından narahatdır.

Rusiyanın erməniyönümlü "Regnum” agentliyi də yazır ki, "Azərbaycan danışıqlarda yaranmış pauzaya dözməyəcək və ərazilərin azad edilməsi istiqamətində hərəkətə keçəcək”.

Qeyd edək ki, ordumuzun Naxçıvan istiqamətində 11 min kilometr ərazini işğaldan azad etməsindən sonra Ermənistanın müharibə qorxusu daha da artıb./publika
 


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ