Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan saxlanılıb.
Bu barədə məlumatı "Hraparak” qəzeti yayıb.
Hazırda onun evində axtarış aparılır.
S.Qalstyan ölkənin Müdafiə Nazirliyinə keyfiyyətsiz sursatların tədarük edilməsi məsələsi üzrə sorğuya çağırılıb.








