Ermənistan hökuməti deputatlar Zauri Postancyan və Qrant Baqratyanın hazırladığı qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” haqqında qanun layihəsini nəzərdən keçirəcək.
7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, qanun layihəsi hökumətin mayın 5-də keçirilən iclasında müzakirə ediləcək.
Sənəd Ermənistan parlamentində müzakirə olunub. Həmin iclasda Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan məruzə ilə çıxış edib.








