Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağırılıb.
7News.Az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Vaahn Xaçaturyan müvafiq sərəncam imzalayıb.
Vaahn Xaçaturyanın digər sərəncamı ilə Aşot Smbatyan Ermənistanın Gürcüstandakı səfiri təyin olunub. Smbatyan daha əvvəl Ermənistanın Almaniyadakı səfiri olub.








