Ermənistan Müdafiə Nazirliyinə məxsus "Ural” markalı yük maşını qəzaya uğrayıb.
Bu barədə "Shamshyan.com” məlumat yayıb.
İrəvan-Mehri yolunda baş verən qəzada bir hərbçi ölüb. Ölən hərbçinin kimliyi haqda məlumat verilmir.
Ermənistanın Hərbi Polisinin faktla bağlı araşdırma apardığı deyilir.








