Yerevanda sərxoş kişi maşınını Ermənistan Müdafiə Nazirliyinin inzibati binasının darvazasına çırpıb.
Hadisə bu gün gecə saatlarında baş verib. Nazirliyin ərazisinə daxil olan maşına növbətçi gizir tabeliyindəki silahla dəfələrlə atəş açıb. Sərxoş sürücü yaralanmayıb.
Faktla bağlı cinayət işi açılıb, sürücü saxlanılıb./qafqazinfo
7news.Az








