Azər Verdiyev: "Bu həm də bu böyük dövlətin siyasi nüfuzuna ciddi xələl gətirir"
"Son 25 ildə Ermənistanda rəhbərliyə psixoloji problemləri olan adam hakimiyyətə gətirilir"
Son vaxtlar Rusiya-Ermənistan münasibətlərində hərbi sahədə bir inkişaf tendensiyası müşahidə edilir. Moskvanın işğalçı ölkəni "İsgəndər" raketləri ilə təmin etməsindən sonra indi də Rusiya-Ermənistan hərbi əməkdaşlığından söhbət gedir. Bəs görəsən bu əməkdaşlıq Azərbaycan üçün nə dərəcədə təhlükəlidir? Ümumiyyətlə, bu regionda müharibə riskini artırırmı? Bu və ya digər suallarla Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ASGA-nın Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyevlə söhbətləşdik.
-Azər bəy, Rusiya-Ermənistan hərbi birliyinin yaradılması nəyə hesablanıb və bu amil regionda müharibə riskini artırırmı?
-Tarixə nəzər salsaq görərik ki, Rusiya hər zaman regionda öz hegemonluğunu saxlamaq üçün müxtəlif gedişatlar edib. Dağlıq Qarabağ münaqişəsində hər birimiz gözəl bilirik ki, böyük güclərin rolu danılmazdı. Müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların bu münaqişəyə münasibəti öz maraqlarından qaynaqlanır. Rusiya ilə bağlı isə məsələ tam fərqlidir. Birincisi ona görə ki, Rusiya bizim qonşu dövlətimizdir. Eyni zamanda, bu dövlət bizim strateji tərəfdaşımızdır. Dövlət başçıları ilə münasibət isə ən yüksək səviyyədədir. Bütün bunları sual altına alıb Ermənistanla hərbi birlik yaratmaq hesab edirəm ki, Rusiya üçün ciddi problemlər yarada bilər. Bu həm də bu böyük dövlətin siyasi nüfuzuna ciddi xələl gətirir.
-ATƏT-in Minsk qrupuna həmsədrlik edən bir ölkənin belə bir addım atması nə dərəcədə məntiqlidir?
- Son 10 ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslər onu göstərir ki, ATƏT-in Minsk qrupu limitsiz vaxt psixologiyası ilə hərəkət edirlər. Qrupun üzvləri yalnız və yalnız heç bir nəticəsi, faydası olmayan danışıqlarla sanki vaxt udmağa çalışırlar. Bütün bunları isə artıq dünya birliyi də görür və hiss edir. Cənab prezident dəfələrlə bu barədə öz mövqeyini ortaya qoyub. Lakin ATƏT-in Minsk qrupuna həmsədrlik edən bir ölkə kimi
Rusiyanın Ermənistanla əvvəlkilərdən fərqli olaraq açıq şəkildə hərbi ittifaqa getməsi münaqişənin obyektiv həllini şübhə altında saxlayır.
-Belə bir hərbi birliyin yaradılması Ermənistanı daha aqressiv olmağa sövq edə bilərmi?
-Əvvəla onu qeyd edim ki, Ermənistan müstəqil dövlət deyil. Bu toplu tarix boyu sadəcə öz ağalarınının nökərçiliyi ilə məşğul olub. Bu gün də ermənilər həm regionda, həm də dünyada təxribatçı, terrorçu bir toplu kimi tanınırlar. Onların aqresiv və ya səbrli olmaları ilə bağlı qərarı da onların ağaları verir. Bu mənada biz burada erməni cəsarəti faktorunu bir kənara qoymalıyıq. Ermənistan tərəfdən başlanılan istənilən aqresiya isə onların itkisi ilə başa çatıb.
-Bu ərəfədə Respublika Partiyasının yubiley tədbirində Sərkisyanın Bakını ələ keçirmək istəyi barədə açıqlaması Yerevanın Rusiyanın dəstəyinə böyük ümid bəslədiyini söyləməyə əsas verirmi?
-Serj Sərkisyanın açıqlaması ümumiyyətlə dünya miqyasında sərsəmləmə kimi qəbul edilib. Bu adam siyasətçi deyil. Sərkisyanın keçmişinə nəzər salmaq bəs edir ki, onun terrorçu biri olduğunu görəsən. Ümumiyyətlə, son 25 ildə Ermənistan rəhbərliyinə psixoloji problemləri olan adam hakimiyyətə gətirilir. Hər kəsə bəllidir ki, bu ölkədə bütün seçkili vəzifələrə Rusiya tərəfindən təyinat olunur. Bu mənada hesab edirəm ki, Sərkisyan kimi psixoloji problemləri olan birisinin dediklərinə o qədər də ciddi yanaşmaq lazım deyil. Ancaq dünyada ciddi erməni lobbisi var. Bu tarixən yaradılmış terror təşkilatıdır. Biz gücümüzü onlara qarşı səfərbər etməliyik. Etiraf etməliyik ki, son 100 il ərzində erməni lobbisi dünyanın bir çox böyük dövlətlərinə nüfuz edə biliblər. Lakin Azərbaycan bugün dünyanın ən güclü siyasət yürüdən ölkələri arasındadır.
-Ümumiyyətl, proseslərin bu cür cərəyan etməsi region üşçün nə vəd edir?
-Biz hər zaman bəyan etmişik ki, Azərbaycan sülhün tərəfdarıdır. Biz hər zaman münaqişənin sülh yolu ilə həllini prioritet olaraq görmşük. Bu o demək deyil ki, yüz illərlə davam edəcək danışıqlar aparmaq niyyətimiz var. Təbii ki, ermənilərə verilən vaxt bitdikdən sonra Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hərb yolu ilə işğaldan azad edəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır. Çünki Azərbaycan Silahlı Qüvvələri buna qadirdir. Lakin indiki halda bu kimi addımar münaqişənin sülh yolu ilə həllinə bilavasitə mənfi təsir göstərir.
7News.az







