Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində növbəti dəfə itki verib.
7News.az "News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata əsasən müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarasından ölüb. 19 yaşlı hərbçinin pulemyotdan özünə atəş açaraq intihar etdiyi məlum olub.
Bundan əlavə İrəvanda erməni hərbçi öz maşınında infarkt keçirərək ölüb. 31 yaşlı Armen Çaturyan Nubaraşen hərbi hissəsində mühəndis xidmətinin rəisi işləyib.
7News.az








