Ermənistan Silahlı Qüvvələrinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib.
7News.Az "Aysor”a istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı sərəncama əsasən Ermənistan Silahlı Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının rəisi, general-mayor Armen Vardanyan və Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyan vəzifədən azad ediliblər.
Onların vəzifədən azad edilmələrinin səbəbi hələ ki məlum deyil.








