RU
Ermənistan parlamenti `DQR`-nı
11:48
886

Ermənistan parlamenti `DQR`-nı

İrəvanın qondarma “Dağlıq Qarabağın tanınması”na dair qanun layihəsi Ermənistanın Milli Məclisinin (parlamentinin) növbədənkənar iclasının gündəminə daxil edilməyib. 

Bu barədə TASS-a parlamentin aparatından bildiriblər.

“İki müxalifətçi deputat – Zarui Postancyan və Qrant Baqratyanın Ermənistanın “Dağlıq Qarabağın tanınması”na dair qanunverici təşəbbüsü, hökumət tərəfindən təqdim edilən gündəmdə yoxdur”, - aparatdan qeyd ediblər.

Mayın 5-də hökumət bu qanun layıhəsi üzrə rəy qəbul edərək onu parlamentə təqdim edib.

Ermənistan Milli Məclisinin İctimaiyyət və KİV ilə əlaqə idarəsinin rəisi Arsen Baboyan mayın 5-də bəyan edib ki, parlamentin xarici əlaqələr üzrə komissiyası bir ay müddətində bu qanun layihəsinin iclaslardan birinin gündəminə daxil olub-olmamayacağı məsələsi üzrə qərar qəbul etməlidir.

Bununla yanaşı, komissiya üzvləri bu məslənin baxılmasını təxirə də sala bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ