Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.
Bu barədə 7News.Az erməni KİV-nə istinadən xəbər verir.
Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verib.
Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.








