RU
Ermənistan rəhbərliyi orduya göndərməyə kişi tapa bilmir
11:23
1234

Ermənistan rəhbərliyi orduya göndərməyə kişi tapa bilmir

Ermənistan ordusunda vəziyyət çox acınacaqlı səviyyədədir. Bu günə qədər erməni mətbuatında belə orduları haqqında mənfi fikirlər səslənsə də, kriminal rejim bunları təkzib edirdi. Amma Ermənistanın son aprel əməliyyatlarından üzüqara çıxması ordu və cəmiyyət arasında böyük uçurum, inamsızlıq yaradıb.


Orduya oğlanları əsgər kimi cəlb etməkdə çətinlik çəkən Ermənistan Müdafiə Nazirliyi başqa üsullara əl atıb. Yeniyetmə qızları Qarabağa aparan ermənilər onlara silahla davranış qaydalarını öyrədir.  Bu, əslində erməni kişilərinin orduya inamsızlığından irəli gəlir. Bu inamı aradan qaldıra bilməyən Ermənistan rəhbərliyi orduya göndərməyə kişi tapa bilmir. Odur ki, məcburiyyət qarşısında qalıb orduya yeniyetmə qızlar göndərilir. Görünür, səngəri qoyub qaçan erməni əsgərlərini indi yeniyetmə erməni qızları ilə ələ almaq istəyirlər. Amma panika içində olan Ermənistan bilir ki, bu gün onların ordusu sadəcə ət parçasından başqa bir şey deyil. /mig.az


7News.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ