RU
Ermənistan və İran viza rejimini ləğv edir
14:20
1813

Ermənistan və İran viza rejimini ləğv edir

İranla Ermənistan arasında viza rejiminin ləğv edilməsi haqda saziş imzalanacaq.

Məlumata əsasən, bu məsələ ilə bağlı sənədin layihəsi Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.


Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Məlumatda qeyd olunur ki, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ