RU
Ermənistana daha bir zərbə: Kəlbəcər terrorçu Melkonyanın doğum günündə azad edildi
15:00
270

Ermənistana daha bir zərbə: Kəlbəcər terrorçu Melkonyanın doğum günündə azad edildi

Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq bu gün Kəlbəcər Silahlı Qüvvələrimizə təhvil verilib. Bununla da 27 illik işğala son qoyulub.

 Türkiyənin Rusiya Araşdırmaları İnstitutu və bu ölkənin mediası Kəlbəcərin məhz ASALA terrorçusu, 1992-1993-cü illərdə Kəlbəcər və Laçın əməliyyatlarına rəhbərlik etmiş Monte Melkonyanın doğum günündə - 25 noyabrda təhvil verilməsinə diqqət çəkib. Qeyd olunub ki, ermənilərin "Kəlbəcər qəhrəmanı” elan etdiyi M.Melkonyana ölümündən sonra Ermənistanda "milli qəhrəman” adı verilib, onun abidələri ucaldılıb. 

Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun "Twitter” hesabında bununla bağlı paylaşılan məlumatda M.Melkonyanın 1980-ci ildə Yunanıstanın paytaxtı Afinada türk diplomatlarına qarşı sui-qəsd törətdiyi də xatırlanıb, Ermənistanda terrorçunun dəfn mərasimindən çəkilən fotolar paylaşılıb.

   

 

Ermənistana daha bir zərbə: Kəlbəcər terrorçu Melkonyanın doğum günündə azad edildi
Ermənistana daha bir zərbə: Kəlbəcər terrorçu Melkonyanın doğum günündə azad edildi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ