Ermənistana dəhşətli məxfi silahları HANSI ÖLKƏ VERİR? – ŞOK İDDİA
"2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. Bu həm 200 milyonluq kredit sazişi çərçivəsində, həm də cari əməkdaşlıq çərçivəsində olacaq”.
7News.az xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan deyib.
L.Ayvazyan iddia edib ki, Ermənistan məxfi silahlara malikdir.
"Biz zərbə endirən pilotsuz təyyarələri tətbiq edirik, lakin mən bunun detalları haqda danışmayacam, çünki dövlət sirridir”, - deyə bildirib.
Ayvazyan iddia etdiyi "məxfi silah”ın Ermənistana kimin verdiyini açıqlamasa da, erməni mediası bu silahların Rusiyadan alındığı ehtimalını irəli çəkib. Lakin iddia edilən "məxfi silah”ın nədən ibarət olduğu məlum deyil.//publika