RU
Ermənistana keçərkən tutulan şəxs barədə təfərrüatlar ORTAYA ÇIXDI
11:32
296

Ermənistana keçərkən tutulan şəxs barədə təfərrüatlar ORTAYA ÇIXDI

Ermənistan sərhədini keçərkən saxlanılan Türkiyə vətəndaşı haqqında təfərrüatlar məlum olub.

 Ermənistan-Türkiyə sərhədini qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidməti saxlanılan Türkiyə vətəndaşı haqqında ilkin məlumatları yayıb.

Məlumata görə, Türkiyə vətəndaşı kürd əsillidir, Türkiyədə ağır cinayətlərdə şübhəli bilinir və Türkiyə hüquq-mühafizə orqanlarından qaçmaq üçün Ermənistana keçmək istəyib.

Rusiya sərhədçiləri adı açıqlanmayan qaçağı Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verib.

7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ