Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 1052 yeni yoluxma qeydə alınıb.
7NEWS.Az-ın xəbərinə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 263783-ə çatıb.
Son sutka ərzində infeksiyadan 15 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 5354 nəfərə çatıb.
7NEWS.Az








