Ermənistanda son sutkada koronavirusa 298 yoluxma qeydə alınıb.
7News.Az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 208 818-ə çatıb.
Ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 895 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların sayı 189 017-ə çatıb. Hazırda 14 924 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.








