RU
Ermənistanda dəmir yolunun fəaliyyəti iflic oldu
18:00
2370

Ermənistanda dəmir yolunun fəaliyyəti iflic oldu

Güclü yağış və fırtına nəticəsində Ermənistan dəmir yolunun Gürcüstan istiqamətində fəaliyyəti dayandırılıb. Ötən gecə bu istiqamətdə qataraların hərəkəti 5 saat tamamilə dayanıb.

Bu barədə Ermənistan Cənub Dəmir Yolları qurumu məlumat yayıb. Qeyri-sabit hava şəraiti nəticəsində Gürcüstanın Şulaveri ərazisindən Ermənistanın Armavir və daha sonra İrəvanadək dəmiryol xəttinə elektrik verilişi kəsilib. Ağacların yıxılması nəticəsində yüksəkgərginlikli elektrik xəttləri qırılıb. 

Hava şəraiti nəticəsində İrəvan-Batumi və əks istiqamətə, Gümri-İrəvan, İrəvan-Aras və əks istiqamətlərə qatarlaırn hərəkəti dayanmalı olub. Bundan əlavə, yük qatarlarının da hərkətində  gecikmələr yaranıb./olke

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ