Ermənistanda döyüş mövqelərinin birində ehtiyatda olan hərbçi ölüb.
7News.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
İlkin məlumatlara əsasən, 1978-ci il təvəllüdlü serjant Mkrtiç Ovakimyan döyüş xidmətinin təşkili qaydalarını pozub və odlu silahdan ölümcül yara alıb.
Hazırda məsələ ilə bağlı istintaq aparılır.








