Ermənistanda "Kamaz” markalı hərbi avtomobil qəzaya düşüb.
7News.Az "News.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Qriqoryan ölüb, daha 7 hərbçi isə yaralanıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.








