Sosial şəbəkələrin Ermənistan seqmentində seçki məntəqələrinin birində baş vermiş seçki saxtakarlığına dair videogörüntülər yayılıb.
"Qafqazinfo” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məntəqələrin birində çəkilmiş görüntülərdə əsgərlərin səsvermə kabinəsindən zərfdəki hazır bülleteni götürdükləri və komissiya üzvləri tərəfindən onlara verilən bülletenləri kənara atdıqları görünür.
Geniş müzakirələrə səbəb olan bu görüntülərin 20 iyun tarixində keçirilən erkən parlament seçkilərində seçki məntəqələrinin kameraları tərəfindən lentə alındığı ehtimal olunur.
Ermənistan Baş Prokurorluğu videogörüntülərlə bağlı araşdırmaya başladığını açıqlayıb.








