RU
lombard
Ermənistanda insanlar Azərbaycan dilində danışmağa başlayıb - İrəvan təlaşda
17:40
3112

Ermənistanda insanlar Azərbaycan dilində danışmağa başlayıb - İrəvan təlaşda

Son günlərdə Ermənistanda insanlar daha çox Azərbaycan dilində danışmağa üstünlük verməyə başlayıb. Əhalinin çox olduğu yerlərdə ermənilər telefonla və yaxud sosial şəbəkələrdə bir-biri ilə təmasda olarkən daha çox Azərbaycan dili ilə danışması adi hala çevrilib.

7News.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu insanlar əsasən Azərbaycan erməniləri və Ermənistanda yaşayıb Azərbaycan dilini bilən ermənilərdir. Millətçi ermənilər isə bu tendensiyadan ciddi narahatlıq keçirməyə başlayıblar.

Sözügedən erməni mətbu orqanı yaranmış durumla bağlı Ermənistan Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edərək bu insanların kim olduğuna yadınlıq gətirməsini istəyib.

Ermənistan Milli Təhlükəsizlik İdarəsi azərbaycanlıların İrəvanda olması ehtimalına  və insanların Azərbaycan dilində danışmasına dair məsələyə reaksiya verib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatında deyilir ki, istər qaldırılan məsələlər çərçivəsində, istərsə də digər funksiyalar çərçivəsində, MTX qanunla ona təyin edilmiş, nəticəsi dərc olunmayan əməliyyat-axtarış tədbirlərini həyata keçirir. 

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ