RU
lombard
Ermənistanda insident: Qarabağda ölən əsgərin atasını qovdular - VİDEO
16:20
1053

Ermənistanda insident: Qarabağda ölən əsgərin atasını qovdular - VİDEO

Ermənistanda növbəti qalmaqal yaşanıb. Polis İkinci Qarabağ müharibəsində ölən Levon Qalstyanın atası Armen Qalstyanı Erablur hərbi panteonunun ərazisindən təzyiq edərək çıxarıb.

7News.Az xəbər verir ki, buna səbəb Qalstyanın panteonu ziyarətə gələn baş nazir Nikol Paşinyana qarşı çıxışlar etməsi olub. Qalstyan jurnalistlərə açıqlamasında bildirib ki, hökumət rəhbərinin panteonu ziyarət etməyə mənəvi haqqı yoxdur: "Bura məzarlıq deyil, uşaqlarımızın evidir. Nikol Paşinyanın bura gəlməyə haqqı yoxdur".

Yüksək rütbəli məmurlardan ibarət nümayəndə heyəti gələn zaman Qalstyan panteon ərazisindən uzaqlaşdırılıb. Qeyd edək ki, Ermənistanın müstəqilliyinin 30 illiyi ilə bağlı bu gün mərasim keçirilir.

 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ