RU
Ermənistanda koronavirus şoku: Ermənilər 1-cidir
15:50
385

Ermənistanda koronavirus şoku: Ermənilər 1-cidir

Bütün dünyanı bürüyən koronavirus Ermənistanda sürətlə yayılır.
7News.Az xəbər verir ki, son sutkada bu virusa Ermənistanda 5 nəfər yoluxub.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan işğalçı ölkədə koronavirusun yayılmasıyla bağlı maraqlı rəqəmlər açıqlayıb.
Erməni saytlarının yaydığı məlumata görə, Q.Baqratyan Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla MDB ölkələrində 100 min nəfərə düşən koronavirus xəstələrinin sayı ilə bağlı cədvəli təqdim edib.

Ermənistan - 1
Moldova - 0.45
Belarus - 0,27
Azərbaycan - 0,15
Rusiya - 0.04
Qazaxıstan - 0.03
Ukrayna - 0.008
Qırğızıstan - 0
Tacikistan - 0
Özbəkistan - 0
Türkmənistan - 0


Göründüyü kimi, Ermənistan bu üzdəniraq reytinqdə birinci yerdədir. Baqratyan buna səbəb kimi Paşinyan hökumətinin bivec fəaliyyətini göstərir və öz təkliflərini verir.

Son məlumata görə, Ermənistanda koronavirus xəstələrinin sayı artıq 28-ə çatıb.Vətəninfo.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ