RU
Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb
16:20
1071

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Ermənistanda daha 296 nəfər COVID-19-a yoluxub.

7News.Az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249 146-ya çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5018-ə yüksəlib.

Koronavirusa yoluxan 233 105 nəfər sağalıb. Hazırda 9 848 pasiyent müalicə olunur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ