RU
Ermənistanda mer deputatdan məhkəməyə şikayət etdi
17:30
619

Ermənistanda mer deputatdan məhkəməyə şikayət etdi

İrəvan meri Hraçya Sarkisyan Ermənistan Milli Məclisinin üzvü İşxan Saqatelyanın ER İnzibati Xətalar Məcəlləsinin 180.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, inzibati məsuliyyətə cəlb edilməsi xahişi ilə məhkəməyə müraciət edib.

Bu barədə Ermənistanın "Datalex” məhkəmə informasiya sistemindən məlumat verilib.

Səbəb qanunla müəyyən edilmiş qaydada icma rəhbərini xəbərdar etmədən və ya bildirişin şərtlərini pozmaqla yığıncağın keçirilməsidir ki, bu da Ermənistan Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin 1-ci hissəsinə görə inzibati xəta hesab edilir və bu, cəriməyə səbəb olur.

Şikayət əsasında iclasın təşkilatçısına və ya rəhbərinə minimum əmək haqqının yüz mislindən üç yüz mislinədək miqdarda cərimə tətbiq edilməsi barədə şiakyət daxil olub. /yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ