RU
Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək
11:20
18

Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək

Ermənistanda müxalifətçilər çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında toplaşacaqlar.

Bu barədə "Müqəddəs Mübarizə” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

"Çərşənbə günü saat 12:00-da prokurorluğun binasının qarşısında olun, cinayət işlərini təhvil verəcəyik”, - o deyib.

"Biz müxtəlif məmurlara, hətta bədxahlara qarşı iddia qaldırdıq. Biz istədiyimizə nail olana qədər bu proses məqsədyönlü şəkildə davam edəcək. Bir şey istəyirik: Vətən və şərəf”.

Qeyd edək ki, müxalifətçilər dünən Konstitusiya Məhkəməsi qarşısında aksiya keçiriblər. Aksiya artıq başa çatıb, etirazçılar Baqramyan prospektini açıblar.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ