Ermənistanın Lori vilayətinin Allaverdi (Allahverdi) şəhərində qanlı atışma baş verib.
7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralılar var.
Məlumata əsasən yaralı Edvard Poqosyanın vəziyyəti ağırdır. O, İrəvanın Erebuni tibb mərkəzinə gətirilib.
Hadisə nəticəsində 41 yaşlı Alaverdi sakini Vardan Avqanyının öldürüldüyü bildirilir.
Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.








