Ermənistanın "Yerkir media” teleşirkətinin direktoru Baqrat Esayan saxlanılıb.
Bu barədə məlumatı telekanal yayıb.
Esayanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öz iş otağında saxlanıldığı bildirilir.
Məlumata görə, teleşirkət rəhbəri Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb.
Onun hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.








